AQRAR XEBER
Kənd Təsərrüfatı 4.0 Kəndlərin inkişafı üçün yeni bir yanaşma: Kənd turizmi KOSMİK ƏKİNÇİLİK (SPACE FARMING) Pestisidlər və arı ölümləri Hidroponik kənd təsərrüfatı

20 Eylül 2020 Pazar

Sərhədlərarası kənd təsərrüfatı investisiya qoyuluşları (Cross-border agricultural investment or land grabbing)

Eylül 20, 2020
Sərhədlərarası kənd təsərrüfatı investisiya qoyuluşları (Cross-border agricultural investment or land grabbing)


Yazar: Elçin Nəsirov



Əhalinin artması, qlobal iqlim dəyişikliyi, kənd təsərrüfatına (k/t) yararlı sahələrin k/t məhsulları istehsalından kənar məqsədlər üçün istifadəsi kimi amillər adambaşına düşən k/t-na yararlı azalmasına səbəb olmuşdur. Bütün bunlar qida böhranlarını da bərabərində gətirmişdir.  Ölkələr əhalinin qidaya olan ehtiyaclarını ödəmək üçün alternativ həll yolları axtarmağa başlamışlar. Bu alternativlərdən biri də ölkənin başqa ölkənin sərhədləri daxilindəki k/t-na yararlı torpaqların icarəyə götürmək və ya satın almaqdır.


Bu araşdırmada Dünya BankıBMT-nin  (Birləşmiş Millətlər Təşkilatı) raporlarından və spesifik olaraq sərhədlərarası k/t investisiyalarını izləyən Land Matrix, GRAIN ve OXFAM kimi təşkilatların hesabatlarından istifadə olunmuşdur.

Sərhədlərarası k/t investisiyası dedikdə- kənd təsərrüfatı istehsalı üçün başqa bir ölkənin sərhədləri daxilində torpaq ərazilərin icarəyə götürülməsi və ya satın alınması başa düşülür

Sərhədlərarası k/t investisiyaları ilə əlaqədar dəqiq məlumat əldə etmək çox çətindir. Bunun əsas səbəblərindən biri bu cür müqavilələrin əsasən çox gizli tutulmasında irəli gəlməktədir. Digər bir səbəb, sərhədlərini bu cür investorlara açan az inkişaf etmiş ölkələrin dəqiq və etibarlı məlumat bazasına sahib olmamasıdır. Başqa bir səbəb isə, investisiya qoyuluşu edən ölkə və ya təşkilatlar bu barədə məlumatları ictimaiyyətlə bölüşmürlər (Messerli, 2014).



Environmental Research Letters jurnalında 2014-cü ildə dərc olunan bir araşdırmaya görə, en az 126 ölkənin kənd təsərrüfatına yararlı əraziləri satın aldığı və ya icarəyə götürdüyü təxmin edilməktədir. Ən çox sərhədlərarası k/t investisiya qoyuluşu edən ölkələr; ABŞ, Çin, İngiltərə, Almanya, Hollandiya və Hindistandır. Bu ölkələr özəlliklə də Braziliya, Efiopiya, Filippin, Sudan, Madagaskar, Mozambik və Tanzaniyadır.

Sərhədlərarası k/t investisiyaları qoyulan bölgələrin başında Afrika gəlməktədir. İnvestorların Afrika ölkələrini seçməsinin üç səbəbi var

1. əkilməmiş, boş və nisbətən ucuz olan geniş ərazilərin olması;

2. zəif və şəffaf olmayan idarəetmə sistemlərinin olması

3. ucuz işçi qüvvəsinin mövcudluğu (Deininger, 2011).


Mövzu ilə əlaqədar rəqəmlərə baxdığımız zaman Çinli investorların 33 ölkədə, ABŞ 28, İngiltərənin 30 fərqli ölkədə k/t üçün əlverişli torpaq ərazilərini satın aldığı, Efiopyanın isə 21 fərqli ölkəyə, Sudan və Madaqaskarın isə 18 ölkəyə torpaqlarını satdığı görülməktədir.


Dünya Bankının 2016-cı il məlumatlarına görə; Çin dünya əhalisinin yüzdə 19-na sahib olduğu halda, dünyanın k/t-na yararlı ərazilərinin yalnız 11 faizinə sahibdir. Çin əhalisinin qidaya olan ehtiyacını ödəyə bilmək üçün başqa ölkələrin sərhədləri daxilində torpaqları icarə götürmək və ya satın almaq məcburiyyətindədir. Əhali və k/t-na əlverişli torpaq sahələri arasındakı bu balanssızlıq Çini alternativ ərazi axtarışına sövq etmişdir.


       Tablo 1. Satın alınan və ya icarəyə götürülən ərazilərin istifadə məqsədinə görə dağılımı

Ərazilərin istifadə məqsədinə görə dağılımı incələndiyində 24.1 milyon hektar ilə k/t ilk sırada olduğu görülməktədir.


     Tablo 2. Ərazilərin istifadə məqsədlərinə görə dağılımı


Sərhədlərarası kənd təsərrüfatı investisiyalarının təsiri və nəticələri


Sərhədlərarası k/t investisiyalarının təsirlərini və nəticələrini investisiya qoyuluşu edən və ərazisini satan/icarəyə verən ölkələr baxımından fərqli qiymətləndirilməktədir. Qiymətləndirmə apararkən k/t üçün əlverişli ərazilərini satan/icarəyə verən ölkələrin daha çox mənfi anlamda təsirə məruz qaldığını görürük.


Sərhədlərarası k/t investisiya qoyuluşu edən ölkələrin qiymətləndirilməsi


Hal-hazırda, sərhədlərarası k/t investisiya qoyuluşu edən lider ölkələr ABŞ, Malayziya, Sinqapur, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, Braziliya, Kanada və Hollandiyadır. Bu ölkələrin investisiya qoyduqları hədəf ölkələr Sudan, Mozambik, Ukrayna, Konqo, Papua Yeni Givineya, Rusiya, İndoneziya, Konqo Demokratik Respublikası və Qayanadır (Land Matrix, 2016).

Sərhədlərarası k/t investisiya qoyuluşu edən ölkələrin bu addımı atmasında ən önəmli səbəbləri; 

-k/t üçün əlverişli torpaqlarının ölkə əhalisinin qidaya olan ehtiyacını qarşılamaması, 

-torpağın keyfiyyətinin qeyri-qənaətbəxş olması,

-bahalı işçi qüvvəsi, 

-xammal və bazara olan uzaqlıq kimi sıralamaq olar.


İnvestisiya qoyuluşu edən ölkələr üçün ən önəmli risklərdən biri sərmayə qoyulmuş ölkədə qeyri-sabit vəziyyət və ölkə rəhbərliyinin tez-tez dəyişməsidir. Başqa bir risk isə bu cür investisiya qoyuluşlarında uzun müddətdə baş verə biləcək hadisələri kontrol etməyin mümkün olmamasıdır.


Ərazisini satan/icarəyə verən ölkələrin qiymətləndirilməsi


Sərhədlərarası k/t investisiyalarının qoyulduğu bölgələr, əsasən, müasir kənd təsərrüfatı texnika və avadanlıqlarının tətbiq olunmadığı və ənənəvi k/t metodlarından istifadənin geniş yayıldığı az inkişaf etmiş ölkələrdir. Bu investisiya qoyuluşlarının yaratdığı müsbət dəyişikliklərə;

-yerli əhalinin həyat səviyyəsinin yüksəlməsi, 

-əlavə məşğulluq imkanları 

-insanların işsizlik üzündən şəhərlərə köç etmək məcburiyyətində qalmamasını göstərmək olar.


Az inkişaf etmiş ölkələrdə müasir k/t müəssisələrinin qurulması müasir k/t avadanlıqlarından istifadəni də zəruri edir. Bu investisiya qoyuluşları, az inkişaf etmiş ölkələrdə yoxsulluğun azaldılmasına, həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin bunun kimi investisiya qoyuluşları yerli istehsalçılar üçün böyük riskləri də bərabərində gətirir (Liu, 2014).


Bir ölkənin sərhədləri daxilində torpaq ərazisinin başqa bir ölkə tərəfindən icarəyə götürülməsi və ya satın alınması yerli əhali tərəfindən torpaqların ələ keçirilməsi kimi başa düşülür. Nəticə olaraq yerli əhalinin ölkə daxili məcburi miqrasiyası və mülkiyyət problemləri kimi mənfi nəticələrin yaranmasına səbəb olur (Berstein, 2014).



Ədəbiyyat

1.       

1.1.Messerli, P., Giger M., Dwyer M., B., Breu T., Eckert S., (2014), The Ge1ography of Large-Scale Acquisitions: Analysing Socio-Ecological Patterns of Target Contexts in the Global South, Applied Geography, sayı 53, ss.449- 459

2.      

2.2. Deininger, K., Byerlee D., (2011), Rising Global Interest in Farmland: Can it Yield Sustainable and Equitable Benefit? World Bank

3.     

3. 3. Liu, P., (2014) Impacts of Foreign Agricultural Investment on Developing Countries FAO, Roma.

4.               

4. 4.Berstein, H., (2014), Tarımsal Değişimin Sınıfsal Dinamikleri, Çev. Oya Köymen, 2.bs., İstanbul, Yordam Kitap.

5.          

5.5.Gülgönül, A., & Akiş, E. (2020). Sınır Ötesi Tarım Yatırımlarının Geleceği ve Ülkelerin Sınır Ötesi Tarım Yatırımı İhtiyacının Tespiti İçin Bir Yaklaşım. Ataturk University Journal of Economics & Administrative Sciences34(2).

 

25 Ağustos 2020 Salı

Kənd Təsərrüfatı 4.0

Ağustos 25, 2020
Kənd Təsərrüfatı 4.0

Yazar: Cəfər Cəfərov

ADAU-nun Maliyyə və İqtisadi Nəzəriyyə kafedrasının asistenti



    Texnologiyaların inkişafı həyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da sürətlə artmağa davam edir. Dünya nüfusunun durmadan artması kənd təsərrüfatı məhsullarına olan tələbin artmasınını da bərabərində gətirməktədir. Artan tələbə qarşılıq olaraq kənd təsərrüfatı istehsalının və məhsuldarlığının artırılmasında mühüm rol oynayan müasir texnika və texnologiya əvəzsiz bir vasitəyə çevrilmişdir.

Dünya əhalisinin qidaya olan ehtiyacının yetərli səviyyədə qarşılanmaması, kənd təsərrüfatı istehsalına bağlı olaraq ətraf mühit çirklənməsi, davamlı kənd təsərrüfatının təmin edilməsi öhdəliyinin yerinə yetirilməməsi və s, səbəblər kənd təsərrüfatı istehsalında yeni yanaşmaları zərurət halına gətirmişdir. Bundan dolayı hal-hazırda yüksəlişdə olan ağıllı texnologiyaların (smart technology) kənd təsərrüfatına tətbiqi zərurəti yaranmışdır.

Ağıllı kənd təsərrüfatı (smart agriculture) dedikdə, aqrar sahədə istehsalı, məhsuldarlığı və keyfiyyəti artırmaq üçün müasir texnologiyalardan istifadə edən kənd təsərrüfat idarəetmə anlayışı nəzərdə tutulur (Tekin, 2018).



Kənd Təsərrüfatı 1.0 olaraq adlandırılan ilk inqilabın yaşandığı zaman aralığının ən əsas xüsusiyyəti, əl əməyinin üstünlük təşkil etməsi, məhsuldarlığın isə az olması idi. 1950-ci illərin sonlarına yaxın sintetik pestisidlər, gübrələr və məhsuldarlığa daha çox təsir göstərən kənd təsərrüfatı texnikalarının istehsal xərclərini azaltması nəticəsində "Yaşıl İnqilab" adlanan Kənd təsərrüfatı 2.0 mərhələsinə keçildi. GPS siqnallarının hər kəsin istifadəsinə açılması ilə birlikdə Kənd Təsərrüfatı 3.0 və ya hal hazırda daha çox istifadə olunan adı ilə "Dəqiq Kənd Təsərrüfatı" (precision agriculture) dövrünə keçid oldu. GPS texnologiyası ilə yanaşı, məhsul yığımında istifadə olunan texnikalara tətbiq olunan VRA (Variable Rate Appilcation) sistemləri, xüsusilə gübrələmə prosesinin izlənməsi üçün yaradılmış texnologiyalar bu dövrdə tətbiq olunan ən yeni texnoloji yeniliklər idi.

Günümüzdə “sənaye 4.0” təsiri ilə istehsaldakı rəqəmsallaşma prosesi kənd təsərrüfatına da öz təsirini göstərməyə başlamıştır. Kənd təsərrüfatı istehsalı prosesində istifadə olunan bütün texnikalar sensorlar ilə təchiz olunmuş və Əşyaların İnterneti (Internet of Things-IoT) də kənd təsərrüfatı sektoruna daxil olaraq bütün istehsal prosesində texnikaların bir-biri ilə təmasda olmasını təmin etməkdədir. Rəqəmsallaşma nəticəsində məlumatlar ağıllı cihazlar tərəfindən toplanır və təhlil edilir. Bu tətbiqlər hansı ərazilərə, nə zaman, nə qədər gübrənin verilməsi, hava şəraitini, sulama zamanlarını, torpağın vəziyyətini, zərərvericilərə qarşı mübarizəni, təxmini məhsul yığımı dövrünü ətarflı şəkildə göstərərək istehsalçının işini asanlaşdırmaqdadır. Bundan başqa məhsuldarlığı ənənəvi metodlardan fərqli olaraq daha da artırmaqdadır.



Ağıllı kənd təsərrüfatı və ya kənd təsərrüfatı 4.0, sənaye 4.0-da olduğu kimi istehsalın rəqəmsallaşdırılmasını ifadə etməkdədir. Artıq kənd təsərrüfatı müasir texnika və texnologiyaların tətbiq olunduğu bir sektora çevrilib və ənənəvi metodlarla yüksək məhsuladarlıq və səmərəlilik əldə etmək mümkün görünmür.


Ağıllı kənd təsərrüfatı cihazları


Əşyaların interneti- Əşyaların interneti anlayışı yəni IOT (internet of things) texnologiyası ağıllı cihazların insan müdaxiləsi olmadan bir-biri ilə IP qoşulması üzərindən qarşılıqlı əlaqədə olmasıdır. Əşyaların interneti texnologiyaların istifadə edildiyi ağıllı kənd təsərrüfatı sayəsində, kənd təsərrüfatı ilə məşğul olanların işləri daha da asanlaşmaqdadır. Ağıllı kənd təsərrüfatı tətbiqləri sayəsində fermerlər planşet və ya telefondan istifadə edərək tarlalarını uzaqdan idarə edir və mobil tətbiqetmələrlə suvarma, rütubət və temperatur kimi bir çox prosesi izləyə bilərlər. Ağıllı kənd təsərrüfatında torpaq, rütubət, işıq, hava istiliyi, CO2, günəş enerjisi və s. ölçümlərin aparılması üçün sensorlar var. Bu sensorlar tərəfindən davamlı olaraq toplanan məlumatlar (hava şəraiti, torpağın keyfiyyəti, heyvanların sağlamlığı) müəssisənin vəziyyətini, işçilərin fəaliyyətini, avadanlıqların səmərəliliyini və s. izləmək üçün istifadə edilməktədir. Bundan başqa bu sensorlar vasitəsi ilə kənd təsərrüfatında istifadə olunan texnika və avadanlıqlar uzaqdan idarə və kontrol ediləbilir. Ağıllı kənd təsərrüfatında istifadə olunan texnologiyalar fermerlərə hansı toxumların əkiləcəyini, istifadə olunan gübrənin miqdarını, məhsul yığımı üçün ən yaxşı vaxtı və gözlənilən məhsuldarlığı  bilməyə imkan verir. Fərqli parametrləri ölçmək üçün məhsula müxtəlif sensorlar (torpaq PH, temperatur, rütubət, işıq intensivliyi və s.) yerləşdirilir. Hər bir sensor/cihaz identifikasiya məqsədi üçün təyin edilmiş IP (İnternet Protokolu) ünvanı ilə şəbəkədə yer alır. Sensorlar ilə ərazidən toplanan məlumatlar simsiz və ya digər üsullarla buluda (cloud) göndərilir. Buluddakı məlumatlar təhlil edilir və ya birbaşa fermerlərin ağıllı telefonlarına və ya kompüterlərinə göndərilir. Beləliklə, fermerlərin məhsulla əlaqədar uyğun və düzgün qərarlar qəbul etmələri təmin edilir.

Bulud texnologiyası (Cloud computing)- Əraziyə yerləşdirilən sensor və cihazlar vasitəsi ilə əldə edilən məlumatlar bir hovuzda toplanır və toplanmış məlumatların analiz edilməsi, və ən əsası nəticələrin müvafiq insanlara təqdim edilməsi kimi məsələlər bulud hesablama metodu ilə həll edilir. Torpaq, hava və məhsul və s. ilə əlaqəli məlumatlar bütünü bir mərkəzdə toplanır və orada qorunur. Bundan əlavə, fermerlər buludda toplanmış kənd təsərrüfatı yenilikləri, pestisidlər, toxumlar, gübrələr, qida maddələri və zərərvericilərə qarşı mübarizə ilə əlaqədar müxtəlif kənd təsərrüfatı mütəxəssislərinin məsləhətləri ilə zəngin olan bilgi xəzinəsindən də istifadə edə bilirlər (Ferkoun 2015).

Peyklər və insansız hava nəqliyyatı (İHN) vasitələriGünümüzdə peyk və pilotsuz uçuş aparatları kənd təsərrüfatında çox geniş istifadə olunmaqdadır. Peykdən alınan tarla şəkilləri üzərində görüntü işləmə metodlarından istifadə edərək tarladakı problemli ərazilər müəyyənləşdirilir və nəticə etibarilə  istehsalçılar bu problemli ərazilərə daha çox vaxt ayırırlar (Tamura və b. 2018). İHN vasitələri bitkilərdəki xəstəlik və zərərvericiləri aşkar etmək, tarlanın su ehtiyacının müəyyənləşdirilməsi, məhsuldarlığın qiymətləndirilməsi,  alaq otların aşkarlanması, ərazidəki işçilərə nəzarət və s. bunun kimi  məqsədlər üçün kənd təsərrüfatında çox geniş istifadə olunmaqdadır (Türkseven vb, 2016). Məhsula vizual nəzarət etmək məcburiyyətində qalmadan vaxt və əməyə qənaət  edən robot tətbiqetmələrdən biri olan dronlardan da kənd təsərrüfatında geniş istifadə olunmaqdadır. Dronlar gübrə və su kimi yükləri daşıya və paylaya bilir. Daha inkişaf etmiş olanlar, bitki böyüməsini izləyəbilmək və məhsuladarlıqla əlaqədar təxminlər verə bilməsi çox spektral və foto kameralarla təchiz edilmişdir.


Özünü idarə edən nəqliyyat vasitələri
(Autonomous vehicles) və robotik sistemlər- Sürücüsüz nəqliyyat vasitələri və robot texnologiyaları bir çox sahədə istifadə olunduğu kimi kənd təsərrüfatında da səmərəli şəkildə istifadə olunmağa başlanmışdır. Bu texnologiyaların xərclərini qarşılamaq üçün çox böyük ərazilərə ehtiyac var. Robotlar kənd təsərrüfatı istehsalının demək olar ki, hər mərhələsində istifadə edilə bilər. Növbəti illərdə robotların kənd təsərrüfatı istehsalında iri traktorları əvəz edəcəyi düşünülür. Ağıllı kənd təsərrüfatında robot traktorlar, bitki əkən robotlar, məhsul yığan robotlar, gübrələmə, alaq otları və zərərvericilərlə mübarizə üçün müxtəlif robotlardan istifadə olunur (Tekin 2013). Kənd təsərrüfatında istifadə olunan robotlar fermerlər üçün yavaş, təkrarlanan və yorucu işləri avtomatlaşdıraraq onlara ümumi məhsuldarlığın artırılmasında kömək edir.

Sənaye 4.0 texnologiyaların kənd təsərrüftaına tətbiq edilməsi hər anlamda müsbət bir addım olsa da lakin bunların tətbiqi uzun zaman alacaqdır. Bu gün Sənaye 4.0  elmi,tədqiqat və praktiki baxımdan çox inkişaf etmiş olsa da, kənd təsərrüfatında 4.0 hələ də inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr tərəfindən nəzəriyyə olaraq qalmaqdadır.


ƏDƏBİYYAT

1.     1.Tekin, B., 2018, Tarımsal Üretmn Geleceğ: Akıllı Tarım, TÜRKTOP Dergs, Sayı: 26,  S. 26-27.

2.    2. Tamura, M., Nimura, T. and  Nato, K., 2018, Development of Field Sensor Network System with Infrared Radiation Sensors, In International Conference on Intelligent Interactive Multmeda Systemsand Services, Springer, Cham. 74-83 pp.

3.   3.Türkseven, S., Kızmaz, M. Z., Tekin, A. B., Urkan, E. ve  Serim, A. T., 2016, Tarımda Dijital Dönüşüm; İnsansız Hava Araçları Kullanımı, Tarım Makinaları Bilim Dergisi, 12(4): 267-271

4.   4. Tekin, A.B., “Tarım Robotları”, Tarım Makinaları Bilimi Dergisi, 2013, 9 (4): 273-278, 2013

       5. Ferkoun, M., (2015), “Cloud computing helps agriculture industry grow”,  

17 Haziran 2020 Çarşamba

Kəndlərin inkişafı üçün yeni bir yanaşma: Kənd turizmi.

Haziran 17, 2020
Kəndlərin inkişafı üçün yeni bir yanaşma: Kənd turizmi.
Yazar: Elçin Nəsirov


      Turizm hər bir ölkənin iqtisadiyyatı üçün çox önəmli bir yerə sahibdir. Turizm sektorundakı nailiyyətlər ölkə iqtisadiyyatının inkişafına təkan verir və ölkədə işsizliyin və yoxsulluğun azaldılmasında mühüm rol oynayır. Bildiyimiz kimi, turizmin bir çox növləri var. Bu yazımda yalnız kənd turizmi (Rural tourism) haqqında məlumat vermək istəyirəm. Kənd turizmi digər turizm növlərinə nibətən az bilinən bir turizm növüdür.

      Kənd turizmi Avropa Birliği tərəfindən aparılan çalışmalarda “məqsədi kənd ərazilərində və o ərazilərin yerli dəyərləri, adət-ənənələri ilə iç-içə xoş vaxt keçirmək olan turistlərə, onların gözləntilərinə uyğun olaraq xidmət göstərən kiçik müəssisələrin (ailə təsərrüfatlarının) həyata keçirdiyi fəaliyyətlərin bütünü olaraq müəyyən edilmişdir (Ahipaşaoğlu və Çeltek, 2006).

Kənd turizmində turist, bir müddət təbiətlə təmasda olan, yerli əhalinin həyat tərzini müşahidə edən, o ərazinin folklorunu, adət-ənənələrini və kənd festivallarını müşahidə etmə imkanı əldə edən şəxsdir.
 
 
    Kənd ərazilərində xoş vaxt keçirmək və asudə vaxtın dəyərləndirilməsi kimi fəaliyyələr 19-cu əsrdən etibarən urbanizasiya və sənayeləşmənin artması ilə ilə başlamışdır. Böyük şəhərlərin səs-küyündən və fabriklərin dumanlı havasından uzaqlaşmaq istəyənlər çox vaxt təbiətə üz tutmuşlar.

   Dünya turizm ədəbiyyatında kənd turizmi, yayla turizmi (higland tourism), yaşıl turizm (green tourism), ekoturizm (eco-tourism), agroturizm (agro-turism) kimi fərqli terminlərlə ifadə edilir (Esengün 2001)Kənd turizmi anlayışına hər bir ölkənin fərqli, özünəməxsus yanaşması var. Məsələn: Finlandiyada kənd turizmi, əsasən kottecləri (kənd ərazilərindəki kiçik evlər) icarəyə vermək və ya gələn turistlərə yemək xidməti göstərmək deməktir. Bəzi ölkələrdə kənd turizmi sadəcə turistlərə qalmaq üçün evlər icarəyə verməkdən ibarətdir. Hollandiyada kənd turizmi isə kənd ərazilərində düşərgə qurmaq, velosiped sürmək, gəzinti, at minmə kimi fəaliyyətləri də özündə birləşdirir. Yunanıstanda kənd turizmi, xüsusilə turistlər üçün hazırlanmış evlərdə qalmaq və o ərazinin mətbəxinə uyğun evdə hazırlanmış yeməklər ilə qidalanmaqdır.


Kənd turizmini iqtisadi təsiri. Kənd təsərrüfatının inkişafı ilə kənd turizmi arasında birbaşa əlaqə mövcuddur. Son illərdə sənayenin davamlı inkişafı nəticəsində şəhər və kəndlər arasında hər anlamda fərqlilik artmağa başlamışdır. Kəndlər şəhərlərin böyümə sürəti ilə ayaqlaşa bilməyib təbii olaraq geri qalmağa başladı. Bu fərqi azaltmağın ən yaxşı yollarından biri də kənd turizminin ölkə səviyyəsində inkişafına nail olmaqdır. Azərbaycanın coğrafi yeri, iqlimi, təbii gözəllikləri kənd turizminin inkişafı üçün çox uyğundur.

        Kənd yerlərində yaşayan insanların gəlirlərinin az və işsizlik səviyyəsinin yüksək olması, işlərin isə daha çox mövsümi olması, onların kənd turizmi kimi əlavə gəlir mənbəyinə olan ehtiyaclarını artırır. Digər tərəfdən, kənd turizmi yerli əhalinin kəndlərdən şəhərə köçməsinin qarşısını alan ən vacib vasitələrdən biridir. Bu səbəblərdən dolayı, kənd turizminin inkişafı ölkə iqtisadiyyatı üçün çox önəmlidir.


Kənd turizminin sosial-mədəni təsiri. Soykana görə (2003) fərdi davranışlarda, ailə dəyər sistemlərində, ortaq həyat tərzində, əxlaqi qaydalarda yaratdığı dəyişikliklər turizmin sosial-mədəni  təsirləridir. Kənd turizmi ayrı-ayrı şəxslər və cəmiyyət üzərində müxtəlif sosial-mədəni təsirlər göstərməktədir. Tədqiqatlar göstərir ki, yerli ailələrin 70%-i övladları ilə turistlərin övladları arasındakı dostluq münasibətlərinin çox faydalı olduğunu, turistlərlə birliktə yaşamalarının onlara yeni insanlar tanımaq, dostluqlar qurmaq, fərqli adət-ənənələr haqqında məlumat toplamaq baxımından çox faydalıdır (Özgen ve Gönen, 1992).



Kənd turizmin ölkənin tanınmasında rolu. Turizmin inkişafı və şaxələndirilməsində dövlətin əsas məqsədi ölkənin tanıdılması və gəlir əldə etməkdir. Bu səbəbdən hər il turist sayını artırmaq, turist profilini şaxələndirmək və turizmin davamlılığını təmin etmək dövlət üçün çox önəmlidir. Yerli adət-ənənələr də ölkənin tanınmasında mühüm rol oynayır. Çünki buraya turizm məqsədi ilə gələn insanlar, bu bölgədə keçirdikləri vaxt ərzində yerli insanların sosial və iqtisadi həyatları ilə tanış olurlar. Ölkənin bu şəkildə tanıdılmasını başqa bir reklam və təbliğat yolu ilə etmək çox zəhmətli və baha başa gəlir.  Kənd turizmində isə bu çox asanlıqla həyata keçirilə bilər. Əlavə olaraq, turist kimi gələn xarici vətəndaşların ölkə haqqında öncədən bildikləri yanlış məlumatlar silinəcək və doğru bildikləri isə daha da dəqiqləşəcəkdir. Əlbəttə ki, ölkənin tanınmasında turizmin  bütün növlərinin böyük rolu var.


Ətraf mühitin və mədəni irsin qorunmasında kənd turizminin rolu. Turizm, təbiətin bizə bəxş etdiyi dəyərlərə əsaslanan bir iqtisadi fəaliyyətdir. Bu baxımdan ətraf mühit və turizm bir-biri ilə əlaqəlidir. Günümüzdə, təbiətə və ətraf mühitə dəyən ziyanın hər keçən gün artması ilə bərabər, təbiətin qorunması ilə bağlı həssaslığın da artması görülməktədir. Turizmin təbiət və sosial-mədəni mühit üzərində müsbət və mənfi təsirlənin olduğu doğrudur. Turizm növləri arasında təbiətin və ətraf mühitin qorunmasına ən çox dəstək verən kənd turizmi, təbiəti və ətraf mühiti orijinal formada istifadə etmək məcburiyyətindədir. Bir sözlə, kənd turizminin davam etməsi üçün təbiətin, adət-ənənələrin və mədəni irsin qorunması vacibdir. Avropada mövcud təbii mühitin qorunması üçün kəndlərə qəbul edilən turistlərin sayı müəyyənləşdirilir və bu yolla mövsümi turist sıxlığının qarşısı alınmağa çalışılır. Kənd turizmi turistlərə və yerli insanlara təbiəti və ətraf mühiti qorumaq şüurunu aşılayan bir turizm növüdür.


Azərbaycan və kənd turizmi. Azərbaycanda kənd turizminin inkişafı üçün çox əlverişli şərait var. Zəngin təbii sərvətlər, göz oxşayan təbiət, tarixi və memarlıq əsərləri, mədəni irs, folklor, nadir flora və fauna xarici turistlərin diqqətini cəlb edə bilər. Əsrarəngiz təbiəti ilə yanaşı Azərbaycanın zəngin mətbəxi də turistlər üçün çox cəlbedici bir amildir. Kənd turizminin inkişafı ölkədə işsizliyin səviyyəsini azalmasına kömək etməklə bərabər eyni zamanda,  gənclərin yeni iş imkanları əldə etmək üçün kənd yerlərini tərk etmələrinin qarşısını önəmli dərəcədə ala bilər. Kənd turizminin inkişafı ilə kənd yerlərində yaşayan qadınlar iş həyatında daha aktiv rol oynaya bilərlər.

Azərbaycanda kənd turizminin inkişafını sürətləndirmək üçün aşağıdaki tədbirlərin görülməsi çox önəmlidir.

  • Turizm sahəsində əmək bazarının tələblərinə cavab verən yüksək keyfiyyətli kadrlar hazırlamaq.
  • Ölkənin kənd turizminin inkişafı üçün önəmli olan bölgələrində məlumat mərkəzlərinin yaradılması.
  • Ölkəyə gələn xarici turistlərin məmnuniyyət səviyyəsini ölçmək üçün mütəmadi olaraq monitorların təşkil olunması.
  • Azərbaycan üçün hədəf bazar sayılan ölkələrdə turizm nümayəndəlikləri yaratmaq.
  • Turistlərin vizə üçün müraciət qaydalarını və vizə almalarını sadələşdirmək.


Ədəbiyyat

Gurbuz IB, Nesirov E, M Macabangin (2019) Awareness level of students towards rural tourism: a case study from Azerbaijan State University. Scientific Papers  Series  Management , Economic Engineering in Agriculture  and Rural Development  19(3).


Ahipaşaoğlu S, Çeltek E, (2006)Sürdürülebilir Kırsal Turizm”, Ankara, Gazi Kitabevi.


Esengun K, Akca H, Sayılı M (2001) The Role of Rural Tourism in Rural Development. Standard Economic and Technical Journal, 29-35.


Soykan F, (2003) Rural Tourism and its Importance for Turkish Tourism. Aegean Geographical Journal, 12, 1-11


Gönen E, Özgen Ö (1992) İlkokul Çocuklarının Tüketim Davranışları Üzerinde Bir Araştırma. Ankara: Ankara Üniversitesi Ziraat Fakültesi Yayınları (Yayın No:1270/703).


5 Nisan 2020 Pazar

Kosmik əkinçilik (space farming)

Nisan 05, 2020
Kosmik əkinçilik (space farming)
Yazar: Elçin Nəsirov


Beynəlxalq Kosmik Stansiyada (ISS) aparılan çoxsaylı təcrübələr arasında kosmik tarlalarla əlaqədar aparılan təcrübələrdə yer almaqdadır. Stansiyadakı ilk istixana kosmonavtlar tərəfindən 2002-ci ildə qurulmuşdur. Kosmik əkinçiliklə bağlı problemləri bir neçə başlıq altında qruplaşdıra bilərik: Bunlardan:
Cazibə qüvvəsinin (Gravity) az olması: Bitkilər kök və gövdələrinin yönəliminə əsasən böyümələri haqqında bilgini cazibə qüvvəsi sayəsində əldə edirlər.  Bu səbəbdən dolayı Mars və Ay kimi cazibə qüvvəsinin az olduğu yerlərdə bitkilərin yetişdirilməsi çox çətindir. Bunun üçün də ilk araşdırmalar, bitkilərin daha az cazibə mühitində yetişdirilə bilməsi üzərinə olmuşdur. 1980 və 1990-cı illərdə kosmosa göndərilən kosmik gəmilərin demək olar ki, hər birində təcrübə üçün göndərilən bitkilər var idi. İnsan bədəninin düzgün şəkildə fəaliyyətinə davam etməsi üçün cazibə qüvvəsinə ehtiyacı olduğu kimi, bitkilərin də böyüməsi üçün cazibə qüvvəsinə ehtiyacı olduğu düşünülür. Kosmosda yetişdirilməyə çalışılan  bitkilərin çoxu qəribə genetik mutasiyalar keçirmiş,  bir çoxu gözlənilməz və arzuolunmaz şəkildə böyümüş və bəziləri isə heç böyüməmişdir.

Fərqli torpaq quruluşu: Cazibə qüvvəsinin az olması “bitki-torpaq” münasibətlərinə də təsir edir. Torpaq quruluşunun dünyadakından fərqli olması bu təsiri daha da gücləndirir. Yer kürəsindəki torpaqdan daha sərt torpaq quruluşu daha az cazibə qüvvəsi altında torpaqdakı hava axınına mane olur. Bunun üçün, kosmik gəmilərdə bitkilərlə bərabər onların yetişdirilməsi üçün torpaq da götürülür. Əsasən bazalt və digər vulkanik materiallardan ibarət olan Ay regolitində bir neçə təcrübə aparılsa da, bu torpağın bitki yetişdirmək üçün yararlı olub olmadığını söyləməyə yetəcək qədər təcrübə aparılmamışdır.
Süni işıqlandırma: Dünyadakı bitkilər günəş işığı qəbul etmədə heç bir problem yaşamırlar. Kosmosda isə bu mühiti yaratmaq üçün alimlər bitkiləri aldatmaq məcburiyyətində qalırlar. Bundan dolayı, böyümə kapsullarında istifadə ediləcək işığın növü və digər xüsusiyyətləri çox əhəmiyyətlidir. Süni işıqlandırmada LED adı verilən kiçik ve davamlı işıq mənbələrindən istifadə olunur. Yaponiyada köhnə bir fabrikada qurulmuş tarlada, LED işıqları ilə süni gecə-gündüz yaradılaraq, normal bir tarladan iki qat daha artıq, gün ərzində 10.000 kahı yetişdirilmişdir. Fotosintez prosesinin də diqqətlə idarə olunduğu bu 16 mərtəbəli tarlada 17.500 LED işıq mənbəyi istifadə olunmuşdur. Bu və buna bənzər süni işıqların istifadə olunduğu qapalı tarlalar, kosmik əkinçilikdə də uğurlu nəticələr əldə ediləcəyinə işarədir.


Məhdud ərazi: Araştırmacılar daha irəli gedərək, kosmosda nə qədər insan nüfusunun dünyadakı resurslara ehtiyac olmadan yaşaya biləcəyini hesablamışlar. Bunun üçün asteroidlər, xüsusilə tərkibində üzvi birləşmələrin çox olduğu bilinən karbon tipli C-asteroidlər üzərində araştırmalar aparılmışdır. Yeni Zelandiyadakı Linkoln Universitetindən Michael Mautner, bu asteroidlərin bitkilər üçün yüksək qida mənbəyi olduğunu söyləyir. Michael Mautner, C tipli asteroidlərdən yerə düşən meteoroidlər üzərində bəzi bitkilər yetişdirmişdir. Bu meteoroidlərin tərkibini təhlil edən Mautner, 200 km enində bir asteroiddə 10,000 nəfər əhalinin milyard il ərzində yaşamasına yetəcək qədər gübrə və üzvi birləşmələrin olduğunu hesablamışdır.
 “Günəş sistemindəki bütün karbon tərkibli asteroidlər toplanarsa, bir milyard insan üçün bir milyard il kifayətdir." deyə bir təxmin irəli sürmüşdür. Ardından “hələ yetişməmiş kosmik kahılarımıza güvənərək də yola çıxa bilmərik” deyə xəbərdarlıq etmişdir. İlk öncə insan nəslinin Yer üzündə yaşamasını təmin etməliyik ki, növbəti addım kosmosa açılmaq olsun (Mautner 2014)


         Hal hazırda araştırmacılar Beynəlxalq Kosmik Stansiyada (ISS) yeni bir kapsul hazırlamışlar. Bu kapsul torpağın nəmini, işığı, havanın temperaturunu, rütubəti, karbon dioksidi və bitkilərin böyüdükcə havaya buraxdığı bir hormon olan etileni nəzarət altında tutur. Sistem kosmonavtlar tərəfindən bir dəfə qurulduqdan sonra, qalan hissəsi Wisconsin Universitetindən uzaqdan idarəetmə ilə nizamlanır və müntəzəm olaraq yoxlanılır. Araştırmacılar ilk təcrübələrini Arabidopsis thaliana adlı bitki üzərində aparmışlar. Təcrübənin sonunda bitkidən toxum alınmış və eyni zamanda bu toxumların 92%-i cücərmişdir. ISS-də yetişdirilən bitkilərlə dünyada yetişən eyni bitki arasında cüzi fərqlər olmuşdur. Kosmosdakı bitkilərin toxumlarının zülal tərkibi dünyadakılardan biraz fərqli olmuş. Eyni zamanda bitkilərin budaqları da bir az fərqli istiqamətlərdə böyümüşdür. Araştırmacılar bunların kiçik detallar olduğunu söyləyirlər.
NASA və kimya şirkəti BASF kosmik əkinçilik ilə əlaqədar araşdırmalarına davam etməkdədirlər. Aparılan araştırma və təcrübələrin sonucu hər kəs tərəfindən maraqla gözlənilməktədir.


Ədəbiyyat

Marin F, Beluffi C, Taylor R, Grau L. (2018) Numerical constraints on the size of generation ships from total energy expenditure on board, annual food production and space farming techniques. JBIS - Journal of the British Interplanetary Society, 71(10), 382–393.

Wheeler RM (2017) Agriculture for space: People and places paving the way. Open Agriculture 2(1):14–32. https://doi.org/10.1515/opag-2017-0002

Wamelink, GWW, Frissel JY, Krijnen WHJ, Verwoert MR,  Goedhart PW (2014) Can plants grow on mars and the moon: A growth experiment on mars and moon soil simulants. PLoS ONE, 9(8). https://doi.org/10.1371/journal.pone.0103138


17 Mart 2020 Salı

Pestisidlər və arı ölümləri

Mart 17, 2020
Pestisidlər və arı ölümləri
Yazar: Elçin Nəsirov


           Arılar bal, polen, propolis, arı südü kimi qida dəyəri yüksək məhsullar istehsal etməsi ilə bərabər, bitkilərin tozlanmasına səbəb olduqları üçün, ekosistemə böyük töfhə verirlər. Ayrıca kənd təsərrüfatı istehsalında məhsuldarlığın artmasında da böyük rol oynayırlar (Pashte və Patil 2017; Hu və dig., 2017). Dünyada mövcut arı populyasiyalarında azalmalar görülməktədir. Arı ölümlərinin bir çox səbəbləri var. Parazitlər, patogenlər, yetersiz qidalanma insektisidlər də daxil olmaqla bir çox amil bu azalmanın səbəbi kimi göstərilir (Karahan və dig., 2018). Bal arıları və tozlayıcıların azalması dünya miqyasında böyük problem və narahatlıq doğurur (Di Prisco və dig., 2013; Abbo və dig., 2017).

      Pestisidlər kənd təsərrüfatı istehsalında məhsuldarlığın artmasına mane olan zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı istifadə olunan maddələrdir. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün pestisidlərin istifadəsi hər gün daha da artmaqdadır. Hal hazırda pestisidlərdən istifadə etmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi demək olarki, mümkün deyildir. 

     Pestisidlər, kimyəvi tərkibinə görə, insanlar da daxil olmaq üzərə bütün digər canlılar üçün potensial olaraq zəhərlidir (Kaya, 2014; Özdemir, 2017). Pestisidlər kənd təsərrüfatı məhsullarını zərərvericilərdən qoruyur, amma eyni zamanda hədəfdə olmayan orqanizmlərə də zərər verir. 


       Kənd təsərrüfatında zərərvericilərə qarşı istifadə olunan pestisid növlərində biri neonikotinoidlərdir (Douglas və dig., 2015).  Neonikotinoid pestisidləri ilk dəfə 1970-ci ildə California Modestodakı Shell Bioloji Tədqiqat Mərkəzində hazırlanmışdır. 1990-cı illərin ortalarından başlayaraq kənd təsərrüfatında zərərvericilərə qarşı geniş istifadə olunmağa başlamışdır (Mencke, 2002). Özəlliklə, toxumlar üçün istifadə olunan pestisidlər arasında satışların 80%-ni neonikotinoidlər təşkil edir. Neonikotinoidlər bitkilər tərəfindən asanlıqla əmilir və arılar tərəfindən toplanan nektar və polenə qarışır (Goulson, 2013). İstifadə olunan pestisidin çox az miqdarı bitkilər tərəfindən qəbul edilir. Neonikotinoidlərin təxminən 5%-i bitki tərəfindən alınır (Sur and Stork, 2003) yerdə qalanı hava, su və torpağa qarışırır. Bu insektisid arı və digər faydalı böcəklər üçün çox zərərlidir (Rondeau, 2014). Pestisidlərdən istifadənin artması bal arılarının da zərər görməsinə və populyasiyalarının azalmasına səbəb olur (Karahan və dig., 2018; Christen və Fent, 2017; Daisley və dig., 2017).

         İstifadə olunan pestisidlər arılara nektar, polen və su içərisindəki qalıntılar vasitəsi ilə keçir. 2006-cı ildə başlayan kütləvi arı ölümləri bütün dünyada arıçılar və elm adamlarını pestisidlərin arılara təsirini araşdırmağa məcbur etdi. Araşdırmalar nəticəsində neonikotinoid insektisidlərin dozalarına məruz qalan arıların ömrünün qısaldığı, ana arıların yumurtlama bacarığının azaldığı, yaddaş, qoxu, öyrənmə və müdafiə bacarıqlarının azalması sübut olunmuşdur (Hou və dig., 2017; Shi və dig., 2017). Bal arısı koloniyalarının həyatda qalmaları üçün güclü bir immunitet sisteminə sahibdirlər. Neonikotinoid insektisidlərinə məruz qalan arıların immun sistemi pozulur və xəstəliklərə qarşı müqaviməti azalır (Brandt, 2016). Hətta ölümcül dozadan aşağı miqdarlara məruz qalmaları belə, arıların davranışını dəyişdirir və koloniyaların yaşamasını çətinləşdir (Penelope, 2012). Arılar bitkilərin əsas tozlayıcısı olmaqla bərabər, insanlar üçün də önəmli qidalar istehsal edirlər. Burada diqqət edilməsi gərəkən nöqtə, arıların pestisidlərə məruz qalmaları nəticəsində arı məhsullarının da pestisidlərə məruz qalaraq insan sağlamlığı üçün təhdid yaratmasıdır (Böhme və dig., 2017).


Pestisidlərin arılar üzərindəki mənfi təsirlərini azaltmaq üçün nə edilməlidir?

  1. Bitkilərin çiçəklənmə zamanlarında dərmanlama edilməməlidir.  
  2. Dərmanlama gecə və ya sabah erkən edilməlidir.
  3.  Dərmanlamadan öncə o ərazidə olan çiçəkli bitkilərin kəsilməsi, arıların zərər görməsini önləyir.
  4. Arıçılıq təsərrüfatının yerləşəcəyi ərazinin seçimi də pestisidlərin zərərinin qarşısının almaqda böyük önəm daşıyır. 
  5.  Dərmanlama əsnasında arılar yuvasında bağlı olmalıdır. 

       Avropa birliği 2018 ci ildə, neonikotinoid sinfindən olan 3 maddəni (imidacloprid, tiametoksam lilianidin)  istixanalar xaricində istifadəsini qadağan edən qanun qəbul etdi. Buna baxmayaraq, bir çox ölkədə istifadəsinə heç bir məhdudiyyət yoxdur.
     
     Yeni araşdırmalar göstərir ki, neonikotinoid sinfindən olan bəzi kimyəvi maddələrin istifadəsinə qadağalar qoyulduqdan sonra, artan tələbat sonucunda  “arı dostu” adı altında bazara çıxarılan və kənd təsərrüfatı məhsullarına tətbiq edilən pestisidlərdə heç də məsum deyildir. Mütəxəssislər, qadağan edilmiş kimyəvi maddələrin əvəzinə istifadə olunan bu alternativ maddələrin də təhlükəli yan təsirlərinin olduğunu söyləyirlər.

Arıların və digər tozlayıcıların insanlıq və dünyamız üçün önəmini xatırlamaq və bu mövzuda fərqindəliyi artırmaq üçün 20 may “dünya arı günü” olaraq qeyd olunur.




Ədəbiyyat
1. Abbo, P. M., Kawasaki, J. K., Hamilton, M., Cook, S. C., De Grandi‐Hoffman, G., Li, W. F.,  Chen, Y. P. (2017) Effects of Imidacloprid and Varroa destructor on survival and health of European honey bees, Apis mellifera. Insect science, 24(3), 467-477.

2. Brandt, A, Gorenflo A, Siede R, Meixner M, Büchler R. (2016). The neonicotinoids thiacloprid, imidacloprid, and clothianidin affect the immunocompetence of honey bees (Apis mellifera L.). Journal of Insect Physiology.Volume 86, March 2016, Pages 40–47


3. Böhme, F., Bischoff, G., Zebitz, C. P. W. (2017) From field to food—will pesticide-contaminated pollen diet lead to a contamination of royal jelly? Apidologie.


4. Christen, V., Fent, K. (2017) Exposure of honey bees (Apis mellifera) to different classes of insecticides exhibit distinct molecular effect patterns at concentrations that mimic environmental contamination. Environmental Pollution, 226, 48-59.


5. Daisley, B. A., Trinder, M., McDowell, T. W., Welle, H., Dube, J. S., Ali, S. N., Reid, G. (2017) Neonicotinoid-induced pathogen susceptibility is mitigated by Lactobacillus plantarum immune stimulation in a Drosophila melanogaster model. Scientific Reports, 7.

6. Di Prisco, G., Cavaliere, V., Annoscia, D., Varricchio, P., Caprio, E., Nazzi, F., Pennacchio, F. (2013) Neonicotinoid clothianidin adversely affects insect immunity and promotes replication of a viral pathogen in honey bees. Proceedings of the National Academy of Sciences, 110(46), 18466-18471.


7. Douglas, M. R., Tooker, J. F. (2015) Large-scale deployment of seed treatments has driven rapid increase in use of neonicotinoid insecticides and preemptive pest management in U.S. field crops. Environ. Sci. Technol. 49, 5088–5097.


8. Pashte, V.V., Patil, C.S. (2017). Toxicity and Poisoning Symptoms of selected Insecticides to Honey Bees (Apis mellifera mellifera L.). Archives of Biological Sciences.


9. Hou, C. S., Gao, J., Dai, P. L., Luo, Q. H., Wang, Q., Diao, Q. Y.,Liu, Y. J. (2017) Sublethal effects of imidacloprid on targeting muscle and ribosomal protein related genes in the honey bee Apis mellifera L. Scientific Reports, 7, 1.


10. Hu, Y.T., Wu, T.C., Yang, E.C., Wu, P.C., Lin, P.T., Wu, Y.L. (2017). Regulation of genes related to immune signaling and detoxification in Apis mellifera by an inhibitor of histone deacetylation. Scientific Reports, 7, 41255.


11. Karahan, A., Yildirim, F., Karahan, M., Karaca, İ., & İlçe, O. (2018). Imidacloprid Bal Arılarında Kış Kayıplarına Neden Olur Mu ? Arıcılık Araştırma Dergisi, 10(2), 54–60.


12. Kaya S. (2014) Pestisidler. Editör: Sezai Kaya. Veteriner Toksikoloji. Medisan Yayın Serisi:78 Baskı:3. ISBN: 978-975-7774-75-4. Sayfa:301. Ankara.


13. Mencke N and Jeschke P. (2002) Therapy and prevention of parasitic insects in veterinary medicine using imidacloprid. Curr Topics Med Chem 2: 701–715.


14. Penelope R. W., Stephanie O., Felix L. W, Dave G. (2012) Neonicotinoid Pesticide Reduces Bumble Bee Colony Growth and Queen Production. Science 20 Vol. 336 no. 6079 pp. 351-352


15. Rondeau G, Sánchez-Bayo F, Tennekes HA, Decourtye A, Ramírez-Romero R, Desneux N. (2014) Delayed and timecumulative toxicity of imidacloprid in bees, ants and termites. Scientific Reports.


16. Sur R, Stork A (2003) Uptake, translocation and metabolism of imidacloprid in plants. Bull Insectol 56:35–40


17. Shi, T. F., Wang, Y. F., Liu, F., Qi, L., Yu, L. S. (2017) Sublethal Effects of the Neonicotinoid Insecticide Thiamethoxam on the Transcriptome of the Honey Bees (Hymenoptera: Apidae). Journal of economic entomology, 110(6), 2283-2289.


18. Goulson, D. (2013) "Neonicotinoids and bees: What's all the buzz?." Significance10.3 : 6-11


19. 
Özdemir, N. (2017). Neonikotinoid pestisitler ve arı sağlığına etkileri. 17(May), 44–48.