Davamlı Kənd Təsərrüftı Nədir? - AQRAR XEBER

23 Şubat 2020 Pazar

Davamlı Kənd Təsərrüftı Nədir?



Dünyada davamlı kənd təsərrüfatı (sustainable agriculture) məvhumunun geniş olaraq istifadə olunması 1980-ci illərə dayanmaktadır. Mənşəyi latınca “Sustinere” kəliməsindən gəlməktədir. Mənası“davam etdirmək”, “dəstəkləmək”, “var olmaq”, “təmin etmək”dir. Kənd təsərrüfatı (k/t) ilə əlaqədar bu günkü resursların heç bir itkisiz  və ya ən az itki ilə gələcək nəsillərə ötürülməsi olaraq başa düşülür (Eryılmaz və Kılıç, 2018)
Davamlı k/t, gələcək nəsillər üçün təbii ehtiyatların qorunması ilə birlikdə, həmçinin ətraf mühitə zərər verməyən kənd təsərrüfatı texnoloji yöntəmlərinin istifadə edildiyi bir quruluşun yaradılmasıdır.

Məqsəd, k/t-dakı məhsuldarlığı qorumaqla birlikdə, ətraf mühitə verilən zərəri mümkün olduğu qədər azaltmaq və k/t ilə məşğul olanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Davamlı k/t praktikasında  biyoloji mübarizə başda olmaq üzərə, kimyəvi maddələrə qarşı alternativ yöntəmlərdən istifadə olunmaqdadır (Turhan, 2005).
Davamlı k/t anlayışı bəzən organik k/t anlayışı ilə qarışdırılır. Ancaq davamlı k/t texnoloji yeniliklərdən uzaq yöntəmlərin mənimsənilməsi deyil, tam tərsi yeni texnoloji yeniliklərin ətraf mühitə və kənd təsərrüfatına uyğun hala gətirilməsidir. 


1983-cü ildə dünyanın bir çox ölkəsindən qatılan liderlər və qruplar davamlı K/T-nı “ekoloji cəhətdən sağlam, sosial ədalətə dayalı, insanpərvərliyə əsaslanan, iqtisadi varlığını davam etdirən" şəklində müəyyənləşdirdilər.  Bu dört anlayış məhsulun  istehsalından istehlakına qədər k/t-nın bütün mərhələlərində tətbiq oluna bilər.

Kənd təsərrüfatının davamlı ola bilməsi üçün sadəcə bir deyil, birdən çox yöntəm və metod eyni zamanda və ya bir birinin ardınca həyata keçirilməlidir. Bunlara misal olaraq:
Davamlı inkişaf (Sustainable Development)- İqtisadi inkişafın ətraf mühitə zərər vermədən əldə edilməsinə diqqət çəkən bir anlayışdır. Davamlı inkişaf, günümüzdə insanların ehtiyaçlarının, gələcək nəsillərin ehtiyaçlarına zərər vermədən qarşılanmasıdır. Bu yanaşma, təbii sərvətlərin səmərəli şəkildə istifadə olunması, tullantılar azaldılması və ətraf mühitin daima qorunmasına əsaslanır.
Alternativ kənd təsərrüfatı- Ənənəvi k/t metodlarından fərli olan yöntəmlər üçün istifadə olunan termindir.

Orqanik kənd təsərrüfatı- Orqanik k/t davamlı k/t sistemlərindən biridir. Orqanik k/t-nın məhsulun istehsalından istehlakına qədər özünəməxsus prinspləri var. Orqanik k/t, istehlakçıların sağlamlıqlarına və ətraf mühitə verdikləri dəyərin sonucunda ortaya çıxmışdır. Orqanik k/t - sintetik gübrələri, pestisidləri, böyümə tənzimləyiciləri, geni dəyişdirilmiş orqanizmlərin istifadəsini qadağan edən bir istehsal metodudur (Demiryürek, 2011; Dalbeyler və Işın, 2017).

Ekoloji kənd təsərrüfatıekoloji cəhətdən təmiz ərazilərdə kimyəvi preparatlardan istifadə edilmədən məhsul istehsalından  istehlakadək hər bir mərhələ üzrə müşahidə və sertifikasiyaya əsaslanan sahədir. Aşağıdakı prinsipləri özünə əsas olaraq almışdır: 
  • Zəhərli tullantıları minimuma endirmək, 
  • təbii ehtiyatların mühafizəsi, 
  • sağlamlığı ön planda tutmaq, 
  • yerli mühitə uyğunlaşdırma, 
  • çeşitləndirmə, 
  • uzunmüddətli dövrdə mənfəəti maksimum dərəcədə artırmaq (Çelik ve ark, 2017).

 Həssas kənd təsərrüfatı- modern texnologiyaların k/t-da istifadə edilməsini, daha az xərclə yüksək gəlir əldə etməyi və  ən əsası da ətraf mühiti qorumağı əsas alan bir sistemdir. İnkişaf etmiş ölkələrdə 1990-cı illərdən tətbiq olunmağa başlamış, ölkəmiz üçün isə yenidir.

Qabaqcıl k/t təcrübələri (GAP-Good Agricultural Practices) - "Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələri (GAP)" dünyada qəbul edilən qida təhlükəsizliyi idarəetmə sistemlərindən biridir. Qabaqcıl kənd təsərrüfatı təcrübələrində məqsəd; təbii sərvətləri qorumaq, k/t-da kimyəvi maddələrin istifadəsini azaltmaq, ətraf mühitə, insan və heyvan sağlamlığına zərər verməyən k/t məhsulları istehsal etmək,  davamlı k/t ilə ərzaq təhlükəsizliyini təmin etməkdir (Ekmekçi ve ark. 2012).
   Dünya əhalisinin hər gün daha da artması, onların qida ehtiyaclarının necə qarşılanacağı ilə əlaqəli narahatlıqları da bərabərində gətirir. Nəticədə ətraf mühitə zərər vermədən k/t istehsalının artırılması ön plana çıxır. Buna nail olmaq üçün eroziya, torpaq duzluluğu, su ehtiyatlarının çirklənməsi və bunun kimi k/t istehsalına mənfi təsir edən hadisələri minimuma endirən davamlı k/t yöntəmlərini inkişaf etdirilməsi çox önəmlidir.
   Nəticə etibarilə davamlı kənd təsərrüfatı gələcək nəsillərin qida güvənliyini riskə atmadan günümüzdə toplumun qidaya olan ehtiyacını ödəmək üçün  son dərəcə vacibdir.
    Davamlı kənd təsərrüfatını təşviq etmək üçün bu yöndə toplum şüuru formalaşdırılmalıdır. İlk növbədə cəmiyyətin savadlı hissəsində formalaşacaq olan bu şüur istehlakçı tələbinin köməyi ilə istehsalçılara yönəlməli və davamlı k/t inkişafı üçün lazım olan yöntəm və təcrübələrinin mənimsənilməsinə imkan yaratmalıdır.

Ədəbiyyat
Eryılmaz, G. A., Kılıç, O. (2018). Türkiye’ de sürdürülebilir tarım ve İyi Tarım Uygulamaları. KSÜ Tarım ve Doğa Dergisi, 21(4), 624–631.
Turhan, Ş. (2005). Tarimda sürdürülebi̇li̇rli̇k ve organi̇k tarim. Tarım Ekonomisi Dergisi, 11(1 ve 2), 13–24.
Demiryürek, K. (2011). Organik tarım kavramı ve organik tarımın dünya ve türkiye ’ deki durumu. GOÜ, Ziraat Fakültesi Dergisi, 28(1), 27–36.
Ekmekçi, K., Acar, A.İ., Yurtlu, Y.B., Hasdemir, M. (2012). İyi tarım uygulamalarının tarımsal mekanizasyon açısından değerlendirilmesi. Selçuk Tarım ve Gıda Bilimleri Dergisi, 26(1), 97–103. https://doi.org/10.1017/CBO9781107415324.004
Dalbeyler, D., Işın, F. (2017). Türkiye’de organik tarım ve geleceği. Tarım Ekonomisi Dergisi, 23(2), 215–222. https://doi.org/10.24181/tarekoder.364902
Çelik, Z., Erdal, Ü., Etöz, M. (2017). Türkiye ’ de ekolojik tarımın ekonomik boyutu ve iklim değişimine etkisi. I.Uluslararası Organik Tarım ve Biyoçeşitlilik Sempozyumu.