Sərhədlərarası kənd təsərrüfatı investisiya qoyuluşları (Cross-border agricultural investment or land grabbing) - AQRAR XEBER

20 Eylül 2020 Pazar

Sərhədlərarası kənd təsərrüfatı investisiya qoyuluşları (Cross-border agricultural investment or land grabbing)


Yazar: Elçin Nəsirov



Əhalinin artması, qlobal iqlim dəyişikliyi, kənd təsərrüfatına (k/t) yararlı sahələrin k/t məhsulları istehsalından kənar məqsədlər üçün istifadəsi kimi amillər adambaşına düşən k/t-na yararlı azalmasına səbəb olmuşdur. Bütün bunlar qida böhranlarını da bərabərində gətirmişdir.  Ölkələr əhalinin qidaya olan ehtiyaclarını ödəmək üçün alternativ həll yolları axtarmağa başlamışlar. Bu alternativlərdən biri də ölkənin başqa ölkənin sərhədləri daxilindəki k/t-na yararlı torpaqların icarəyə götürmək və ya satın almaqdır.


Bu araşdırmada Dünya BankıBMT-nin  (Birləşmiş Millətlər Təşkilatı) raporlarından və spesifik olaraq sərhədlərarası k/t investisiyalarını izləyən Land Matrix, GRAIN ve OXFAM kimi təşkilatların hesabatlarından istifadə olunmuşdur.

Sərhədlərarası k/t investisiyası dedikdə- kənd təsərrüfatı istehsalı üçün başqa bir ölkənin sərhədləri daxilində torpaq ərazilərin icarəyə götürülməsi və ya satın alınması başa düşülür

Sərhədlərarası k/t investisiyaları ilə əlaqədar dəqiq məlumat əldə etmək çox çətindir. Bunun əsas səbəblərindən biri bu cür müqavilələrin əsasən çox gizli tutulmasında irəli gəlməktədir. Digər bir səbəb, sərhədlərini bu cür investorlara açan az inkişaf etmiş ölkələrin dəqiq və etibarlı məlumat bazasına sahib olmamasıdır. Başqa bir səbəb isə, investisiya qoyuluşu edən ölkə və ya təşkilatlar bu barədə məlumatları ictimaiyyətlə bölüşmürlər (Messerli, 2014).



Environmental Research Letters jurnalında 2014-cü ildə dərc olunan bir araşdırmaya görə, en az 126 ölkənin kənd təsərrüfatına yararlı əraziləri satın aldığı və ya icarəyə götürdüyü təxmin edilməktədir. Ən çox sərhədlərarası k/t investisiya qoyuluşu edən ölkələr; ABŞ, Çin, İngiltərə, Almanya, Hollandiya və Hindistandır. Bu ölkələr özəlliklə də Braziliya, Efiopiya, Filippin, Sudan, Madagaskar, Mozambik və Tanzaniyadır.

Sərhədlərarası k/t investisiyaları qoyulan bölgələrin başında Afrika gəlməktədir. İnvestorların Afrika ölkələrini seçməsinin üç səbəbi var

1. əkilməmiş, boş və nisbətən ucuz olan geniş ərazilərin olması;

2. zəif və şəffaf olmayan idarəetmə sistemlərinin olması

3. ucuz işçi qüvvəsinin mövcudluğu (Deininger, 2011).


Mövzu ilə əlaqədar rəqəmlərə baxdığımız zaman Çinli investorların 33 ölkədə, ABŞ 28, İngiltərənin 30 fərqli ölkədə k/t üçün əlverişli torpaq ərazilərini satın aldığı, Efiopyanın isə 21 fərqli ölkəyə, Sudan və Madaqaskarın isə 18 ölkəyə torpaqlarını satdığı görülməktədir.


Dünya Bankının 2016-cı il məlumatlarına görə; Çin dünya əhalisinin yüzdə 19-na sahib olduğu halda, dünyanın k/t-na yararlı ərazilərinin yalnız 11 faizinə sahibdir. Çin əhalisinin qidaya olan ehtiyacını ödəyə bilmək üçün başqa ölkələrin sərhədləri daxilində torpaqları icarə götürmək və ya satın almaq məcburiyyətindədir. Əhali və k/t-na əlverişli torpaq sahələri arasındakı bu balanssızlıq Çini alternativ ərazi axtarışına sövq etmişdir.


       Tablo 1. Satın alınan və ya icarəyə götürülən ərazilərin istifadə məqsədinə görə dağılımı

Ərazilərin istifadə məqsədinə görə dağılımı incələndiyində 24.1 milyon hektar ilə k/t ilk sırada olduğu görülməktədir.


     Tablo 2. Ərazilərin istifadə məqsədlərinə görə dağılımı


Sərhədlərarası kənd təsərrüfatı investisiyalarının təsiri və nəticələri


Sərhədlərarası k/t investisiyalarının təsirlərini və nəticələrini investisiya qoyuluşu edən və ərazisini satan/icarəyə verən ölkələr baxımından fərqli qiymətləndirilməktədir. Qiymətləndirmə apararkən k/t üçün əlverişli ərazilərini satan/icarəyə verən ölkələrin daha çox mənfi anlamda təsirə məruz qaldığını görürük.


Sərhədlərarası k/t investisiya qoyuluşu edən ölkələrin qiymətləndirilməsi


Hal-hazırda, sərhədlərarası k/t investisiya qoyuluşu edən lider ölkələr ABŞ, Malayziya, Sinqapur, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, Braziliya, Kanada və Hollandiyadır. Bu ölkələrin investisiya qoyduqları hədəf ölkələr Sudan, Mozambik, Ukrayna, Konqo, Papua Yeni Givineya, Rusiya, İndoneziya, Konqo Demokratik Respublikası və Qayanadır (Land Matrix, 2016).

Sərhədlərarası k/t investisiya qoyuluşu edən ölkələrin bu addımı atmasında ən önəmli səbəbləri; 

-k/t üçün əlverişli torpaqlarının ölkə əhalisinin qidaya olan ehtiyacını qarşılamaması, 

-torpağın keyfiyyətinin qeyri-qənaətbəxş olması,

-bahalı işçi qüvvəsi, 

-xammal və bazara olan uzaqlıq kimi sıralamaq olar.


İnvestisiya qoyuluşu edən ölkələr üçün ən önəmli risklərdən biri sərmayə qoyulmuş ölkədə qeyri-sabit vəziyyət və ölkə rəhbərliyinin tez-tez dəyişməsidir. Başqa bir risk isə bu cür investisiya qoyuluşlarında uzun müddətdə baş verə biləcək hadisələri kontrol etməyin mümkün olmamasıdır.


Ərazisini satan/icarəyə verən ölkələrin qiymətləndirilməsi


Sərhədlərarası k/t investisiyalarının qoyulduğu bölgələr, əsasən, müasir kənd təsərrüfatı texnika və avadanlıqlarının tətbiq olunmadığı və ənənəvi k/t metodlarından istifadənin geniş yayıldığı az inkişaf etmiş ölkələrdir. Bu investisiya qoyuluşlarının yaratdığı müsbət dəyişikliklərə;

-yerli əhalinin həyat səviyyəsinin yüksəlməsi, 

-əlavə məşğulluq imkanları 

-insanların işsizlik üzündən şəhərlərə köç etmək məcburiyyətində qalmamasını göstərmək olar.


Az inkişaf etmiş ölkələrdə müasir k/t müəssisələrinin qurulması müasir k/t avadanlıqlarından istifadəni də zəruri edir. Bu investisiya qoyuluşları, az inkişaf etmiş ölkələrdə yoxsulluğun azaldılmasına, həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Lakin bunun kimi investisiya qoyuluşları yerli istehsalçılar üçün böyük riskləri də bərabərində gətirir (Liu, 2014).


Bir ölkənin sərhədləri daxilində torpaq ərazisinin başqa bir ölkə tərəfindən icarəyə götürülməsi və ya satın alınması yerli əhali tərəfindən torpaqların ələ keçirilməsi kimi başa düşülür. Nəticə olaraq yerli əhalinin ölkə daxili məcburi miqrasiyası və mülkiyyət problemləri kimi mənfi nəticələrin yaranmasına səbəb olur (Berstein, 2014).



Ədəbiyyat

1.       

1.1.Messerli, P., Giger M., Dwyer M., B., Breu T., Eckert S., (2014), The Ge1ography of Large-Scale Acquisitions: Analysing Socio-Ecological Patterns of Target Contexts in the Global South, Applied Geography, sayı 53, ss.449- 459

2.      

2.2. Deininger, K., Byerlee D., (2011), Rising Global Interest in Farmland: Can it Yield Sustainable and Equitable Benefit? World Bank

3.     

3. 3. Liu, P., (2014) Impacts of Foreign Agricultural Investment on Developing Countries FAO, Roma.

4.               

4. 4.Berstein, H., (2014), Tarımsal Değişimin Sınıfsal Dinamikleri, Çev. Oya Köymen, 2.bs., İstanbul, Yordam Kitap.

5.          

5.5.Gülgönül, A., & Akiş, E. (2020). Sınır Ötesi Tarım Yatırımlarının Geleceği ve Ülkelerin Sınır Ötesi Tarım Yatırımı İhtiyacının Tespiti İçin Bir Yaklaşım. Ataturk University Journal of Economics & Administrative Sciences34(2).