Torpaqsız əkinçilik nədir?
Bitki yaşamını davam etdirə bilməsi üçün lazım olan
su və qida maddələrinin kök mühitinə lazımi miqdarda verilməsinə əsaslanan
istehsal üsulu "torpaqsız əkinçilik" adlanır (Demirsoy et al 2017). Torpaqsız əkinçilik,
bəzi ədəbiyyatlarda “hidroponik kənd təsərrüfatı”
olaraq qeyd olunur (Olympios 1993).
Torpaqsız
əkinçilik 1970-ci illərdən sonra
istixana təsərrüfatlarında geniş
istifadə olunmağa başladı. Bunun ən önəmli səbəbi enerji böhranından sonra
torpaq dezinfeksiya edici vəsaitlərin bahalaşması və onların istifadəsinə məhdudiyyətlərin
qoyulması idi. Torpağın dezinfeksiyasına alternativ axtarışı, ticarət məqsədli
istixana təsərrüfatlarında torpaqsız əkinçiliyin populyarlaşmasına səbəb oldu
(Gül 2008).
Torpaqsız
əkinçilik hal hazırda istixanaların inkişaf etdiyi ölkələrdə (Hollandiya,
Belçika, Yaponiya) və son illərdə istixana sahələrinin və sayının artdığı
Aralıq dənizi ölkələrində (İspaniya, İtaliya) geniş yayılmışdır.
Dünyada
qabaqcıl kənd təsərrüfatı təcrübələrinin aparıldığı ölkələrdən biri olan
Hollandiyada istixanaların təxminən 70%-də torpaqsız əkinçilik üsulları tətbiq
olunur.
Tarlada əkilən bitkilərin ehtiyacları torpaqdakı
minerallar və ya suvarma yolu ilə qarşılanır. Lakin bu bitkinin ətraf mühitlə
olan əlaqəsini kontrol etmək mümkün deyildir. Bundan əlavə torpağın məhsul yığımından sonra özünü təkrar bərpa etmək üçün lazım olan vaxt, bizim istədiyimiz
zaman istədiyimiz məhsulu əldə etməmizə mane olur. İqlim şəraitini kontrol etmək
üçün zamanla istixana təsərrüfatları ortaya çıxmışdır. Ancaq istixanalarda iqlim şəraiti
açıq havadan fərqli olduğuna görə bitkilər torpaqdan aldıqları mineralları və
digər maddələri vaxtında ala bilmirlər (El-Kazzaz 2017).
Yaponiya alimi Shigeo Nozawanın pomidor bitkisi üzərində
apardığı təcrübəni çoxumuz bilirik. Təcrübənin mahiyyəti qısaca budur. Hər
canlının təbiətdə bir əyləc sistemi var. Bu sistem canlıları müəyyən saya
çatdıqda, onların böyüməsini və çoxalmasının qarşısını alır. Bu sistem,
yaşadığımız dünyanı yaşanabilir hala gətirir. Əgər belə bir sistem olmasaydı,
bakteriyalar bütün dünyanı əhatə edər və 3-4 gün içində məhv edərdi. Pomidor
toxumuna istədiyi şərtləri istədiyi şəkildə vermək, qısacası bu əyləc sistemini
ortadan qaldırır. Torpağın tərkibi və quruluşundan dolayı bu əyləc sistemi
torpaqdada var. Bu səbəbdən bu təcrübə suda aparılmışdır. Nəticədə çox nəhəng
bir pomidor ağacı əldə edilmişdir.
Təcrübənin sonunda pomidor bitkisi normal ağac
ölçülərinə qədər böyümüşdür. Bu pomidor bitkisindən nə az, nə çox tam olaraq
13000 ədət pomidor toplanmışdır. Bütün bunlar bir pomidor toxumundan
yaranmışdır. Heç bir GMO və hormon dəyişikliyi etmədən, yalnız elmi üsullarla bu
möcüzə reallaşdırılmışdır.
"Etdiyim yeganə şey ağacların böyüməsinə zərər verə biləcək şərtləri ortadan qaldıraraq, ağacların öz güclərini ortaya qoymalarını asanlaşdırmaq oldu" demiş Shigeo Nozawa (Nozawa, 1980).
Ancaq
torpaqda hələ də bilmədiyimiz bitkinin aldığı bəzi elementləri suda verə
bilmədiyimiz üçün, əlbəttə ki tarla məhsulu qədər keyfiyyətli deyildir.
Hidroponik əkinçiliklə hansı bitki yetişdirə bilər?
Demək
olar ki bütün bitkilər, amma bəzi bitkilər bildiyimiz kimi çox həssasdır və digərlərinə
nisbətən daha çox əraziyə ehtiyacları var. Bu sistemlə ən çox yetişdirilən tərəvəzlərdən
bəziləri: pomidor, şirin və acı bibər, xiyar, balqabaq, noxud, lobya, ispanaq,
kahı, reyhan, brokkoli vəs. Bunlardan
başqa, dərman bitkiləri və aromatik bitkilər, çiçəklərdə yetişdirilir.
Torpaqsız əkinçiliyin üstünlükləri.
· 1.İstehsal
üçün lazım olan əraziyə və işçi qüvvəsinə qənaət olunur.
2.Klassik
kənd təsərrüfatına nisbətən məhsuldarlıqda 5 qat artım olur.
3.Torpağın
hazırlanması, şumlanması, torpağın özünü bərpa etməsi kimi işlər yoxdur.
4.Torpaqla
əlaqəli xəstəliklər və buna bənzər problemlər yaşanmır.
1 m2- 60 avro
Torpaqsız
əkinçiliyə çəkilən xərclər klassik üsullara görə çox yüksəkdir. Ancaq əldə ediləcək
gəlir düşünüldüyü zaman bu üsul məqsədəuyğundur. Bu xərclər plastik
istixanalarda 1 m2- 60, şüşə istixanalarda isə 70-75 avrodur. Qoyulan
investisiyanın geri qayıtma müddəti isə 2-5 il arasında dəyişir.
Torpaqsız
əkinçilikdə üç fərqli metod tətbiq olunur. Bunlar:
- Aeroponik
- Durğun su
- Axan su yöntəmləridir
Aeroponik yöntəmdə bitkilər üçün lazım olan qida maddələri buxar şəklində
verilir. Daha çox məhsul əldə etmək üçün bu yöntəm daha çox istifadə olunur.
Durğun su yöntəmi, əsasən evlərdə hobbi şəklində xiyar, kahı kimi məhsulların
yetişdirilməsində istifadə olunur.
Axan su yöntəmində isə durğun su yöntəmində
havalandırma probleminin həll edildiyi bir üsuldur. İstixana təsərrüfatlarında
geniş istifadə olunur.
Torpaqsız əkinçiliyin ətraf mühitə faydaları.
Kənd
təsərrüftı ilə məşğul olan istehsalçıların bilərəkdən və ya bilməyərək etdiyi bəzi
səhv yöntəmlər ekoloji problemlərə səbəb olur.
- Pestisid istifadəsini azaldır: Ənənəvi
kənd təsərrüfatında bitki və torpaqdakı xəstəlikləri aradan qaldırmaq üçün
davamlı pestisid istifadəsi tələb olunur. Pestisidlərin həddindən artıq istifadəsi bitkilərdəki xəstəliyi aradan qaldırmaqla yanaşı, torpaqdakı mineralları
da öldürür. Müəyyən bir müddətdən sonra pestisidlərin çox istifadəsi digər xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərin aradan
qaldırılması üçün digər dərmanlar ehtiyac duyulur. Torpaqsız əkinçilikdə isə
kök xəstəlikləri baş vermədiyi üçün pestisid istifadəsi daha az olur.
- Su israfının qarşısını alır: Kənd təsərrüfatında məhsuldarlığının artırılmasında sulamanın önəmi böyükdür. Şəhərlərin kanalzasiya sistemlərindən gələn tullantı sularının yeraltı sulara qarışması nəticəsində kənd təsərrüfatı istehsalında bir sıra problemlər yaranır. Suda olan viruslar bitkilərə keçərək bir çox xəstəliklərə səbəb olur. Bundan başqa ərazilərin həddindən artıq sulanması torpaqların duzlanmasına və suyun israfına səbəb olur. Torpaqsız əkinçilikdə isə bitkilərə verilən su miqdarı kontrol altında olduğu için məhsulun keyfiyyətinə mənfi yöndə təsir etmir və su israfı olmur.
- Bitki tullantılarının yanmasını azaldır.
Torpaqsız əkinçiliyin dezavantajları nədir?
- Torpaqsız əkinçiliyin ən çox diqqət çəkən mənfi yönü daha çox müasir avadanlıqlara ehtiyac duyulmasıdır.
- Bitkilər normal torpaq mühiti ilə müqayisədə daha çətin böyüyür.
- Kök sisteminin inkişafı üçün lazım olan məhlulların hava alması daha çətindir.
- Problemlərlə qarşılaşdığı zaman qısa müddətdə məhv olurlar.
- Dözümlülüyü daha azdır.
Bu
çatımazlıqlarına görə torpaqsız əkinçiliyə çox üstünlük verilmir. Lakin həm
torpaqsız əkinçilik, həm də klassik əkinçilik sisteminin hər birinin özünəməxsus
üstünlükləri vardır. Bu səbəbdən hər ikisi geniş istifadə olunmaqdadır.
Torpaqsız əkinçilik ilə əlaqədar daha çox məlumat əldə etmək üçün aşağıdakı videoları izləyə bilərsiniz.
Torpaqsız əkinçilik ilə əlaqədar daha çox məlumat əldə etmək üçün aşağıdakı videoları izləyə bilərsiniz.
Ədəbiyyat
- Demirsoy, L., Mısır, D., & Adak, N. (2017). Topraksız Tarımda Çilek Yetiştiriciliği. ANADOLU Ege Tarımsal Araştırma Enstitüsü Dergisi, 24(2), 71–80.
- Olympios, C. M. (1993). Soilless media under protected cultivation rockwool, peat, perlite and other substrates. Acta Horticulturae 323: 215-234.
- Gül, A. 2008. Topraksız Tarım, Hasad Yayıncılık, İstanbul.
- El-Kazzaz, K. A., & El-Kazzaz, A. A. (2017). Soilless Agriculture a New and Advanced Method for Agriculture Development: an Introduction. Agricultural Research & Technology: Open Access Journal, 3(2). https://doi.org/10.19080/artoaj.2017.03.555610
- Nozawa, S. (1980). Method of hydroponic Culture. 120(19).
- Sengupta, A., and Banerjee, H. (2016). Soil-less culture in modern agriculture. World Journal of Science and Technology, 2(September 2012), 103–108.